"AzərGold" QSC 36,632 unsiya qızıl hasil edib.
Demokrat.Az xəbər verir ki, ilin sonuna qədər hasilat həcmi 45 min unsiyaya çatacaq, deyə dövlət qızıl hasilatı şirkəti proqnozlaşdırır.
2017-ci ilə nisbətdə qızıl istehsalı 33 faiz artacaq.
"Bu, əməliyyat proseslərinin optimallaşmasının nəticəsidir", - deyə məlumatda qeyd edilir.


