Sosial

YAP- çı deputat hökumət üzvlərini tənqid etdi: "Nazirlər küllü-külfətli yığışıb gediblər"

YAP- çı deputat hökumət üzvlərini tənqid etdi: Nazirlər küllü-külfətli yığışıb gediblər

YAP-çı deputat Elman Məmmədov parlamentdə hökumət üzvlərini tənqid edib.

Oxu.Az xəbər verir ki, buna səbəb parlamentin iclas zalında hökumət üzvlərinin iştirak etməməsi olub:

“Hökumət üzvləri elə küllü-külfətli yığışıb gediblər. Cəmi iki nəfər hökumət üzvü iclasdadır. Biz kimə danışırıq?! Belə çıxır ki, özümüz danışıb, özümüz eşidirik? Bu, düzgün münasibət deyil”.

Spiker Oqtay Əsədov isə deputla razılaşmayıb:

“Hökumət üzvləri iki gündür ki, burda idilər. İndi onlara aid məsələ müzakirə olunmadığına görə, icazə verdim, getdilər. Aidiyyəti qurumlar isə buradadırlar”.

D
demokrat.az