ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyası ilə bağlı tədbirlər sosial məsafə qaydaları ilə təşkil olunacaq.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin İnauqurasiya üzrə komitəsi bildirib.
Qeyd edilir ki, qoşunların ənənəvi keçidində silahlı qüvvələrin bütün növləri iştirak edəcəklər, amma hərbi qulluqçular məsafə qaydasına riayət edəcəklər. Bu halda mülki parad bütün ölkə üzrə virtual formatda keçiriləcək.
Demokrat.az


