Dünya

Somalidə Türkiyə şirkətinə hücum oldu — Ölənlər var

Somalidə Türkiyə şirkətinə hücum oldu — Ölənlər var

Somalidə Türkiyə şirkətinə edilən terror hücumu nəticəsində biri türk olmaqla 4 nəfər ölüb. Türkiyənin daha 4 vətəndaşı yaralanıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, terror hücumu Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinə qarşı törədilib:

“Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara şəfa diləyirik. Dost və qardaş Somali hökuməti ilə xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.

Demokrat.az

D
demokrat.az