Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalı Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın ailəsini ziyarət edib.
Demokrat.az xəbər verir ki, Günay Ağamalı şəhid xanımın övladları ilə görüşüb.
"Vətən müharibəsində böyük rəşadət və igidlik göstərən oğullarımızla bərabər qadınlarımız da fədakarlıqlarını nümayiş etdirdilər. İki fidan körpəsini anasının ümidinə qoyub oğullarımızla döyüş meydanında fədakarlıq göstərən yeganə qadın Şəhidimiz Arəstə Baxışovanın ocağını ziyarət etməyi özümüzə borc bildik" - Günay Ağamalı qeyd edib.
Demokrat.az


