Dünya

Yəməndə yeni nazirlərin olduğu aeroportda partlayış — Ölənlər var

Yəməndə yeni nazirlərin olduğu aeroportda partlayış — Ölənlər var

Yəmənin Ədən şəhərinin hava limanında güclü partlayış baş verib.

“Qafqazinfo” “Əl-Cəzirə” kanalına istinadən xəbər verir ki, partlayış Yəmənin yeni hökumət üzvlərinin hava limanına çatdığı ərəfədə baş verib. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub, 20 nəfər yaralanıb. Həlak olanların arasında ölkənin insan hüquqları nazirinin də olduğu bildirilib.

Bəzi iddialara görə, partlayış hava hücumu nəticəsində baş verib.

Demokrat.az

D
demokrat.az