“Əhalinin Qarabağa geri qayıtmayacağı ilə bağlı yayılan fikirlər doğru deyil”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, müəyyən adamlardan bu məqsədlərlə istifadə edirlər: “Ağdamda işğal olunmamış ərazidə 45 min əhali yaşayırdı. Oralar bərpa olunandan sonra 100 minə qədər əhali ora qayıtdı. O cümlədən Füzulidə də 40 minə yaxın füzulili öz torpağına qayıtdı. Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür. Biri mən. Biri burada oturan qarabağlı deputatlar. Belə təbliğat aparmaqla adamları ruhdan salmaq istəyirlər. Biz qarabağlılar ruhdan düşən deyilik".
Sədr Sahibə Qafarova bildirib ki, belə şayiələr çox olacaq: “Azərbaycan xalqı müdrik xalqdır. Həqiqətən qarabağlılar ruhdan düşən deyillər".


