Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov Qarabağda atəşkəsin pozulmasını təbii məsələ adlandırıb.
Demokrat.az xəbər verir ki, E.Məmmədyarov deyib ki, 30 illik məsələni bir gecədə həll etmək çox çətindir.
“Ermənilər özlərini o qədər aldadıblar ki, uydurduqları əfsanələrə elə inanıblar ki, yeni duruma öyrəşmək onlar üçün çətindir. O baxımdan belə hadisələr yenə də olacaq. Amma Azərbaycan ordusu, Daxili İşlər Nazirliyi yavaş-yavaş hamısını nəzarət altına salacaq. Təbii məsələdir. Necə ki, məsələn, Bakıya, Qubaya, Lənkərana nəzarət edir, ora da o cür nəzarət edəcək” – E.Məmmədyarov qeyd edib.
“Atəşkəsə əməl olunmasını sülhməramlı qüvvələr təmin etməlidir” fikrinə gəldikdə isə sabiq nazir bildirib ki, noyabrın 10-da imzalanmış anlaşmada sülhməramlıların dayanacaqları nöqtələr göstərilib: “Onlar təmas xəttində durmalıdırlar”.(“Azadlıq radiosu”)


