İraqın paytaxtı Bağdadda partlayış törətməyi planlaşdıran terrorçu-intiharçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Trend-inverdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı zamanı 4 terrorçu saxlanılıb. Məlumata əsasən, onlardan biri Yeni il bayramı zamanı özünü Bağdad şəhərinin mərkəzində partlatmağı planlaşdırırmış.
Bildirilir ki, terrorçular dindirmə zamanı Yeni il bayramında paytaxtda "sabitliyi pozmaq üçün təlimat aldıqlarını" etiraf ediblər.


