"Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov şəhid anasına dəstək olmaq əvəzinə, ona hörmətsizlik edərək qovan iş adamına tutarlı cavab verib.
Demokrat.Az M.Mənsimovun instagram hesabında yazdığı həmin fikirləri təqdim edir
"Acı reallıqdır ki, bəziləri insanları minib çapmağı, oğurluğu, yalanı həyat norması hesab ediblər. Oturduqları kreslodan güc alanlar insanlıqdan özlərini elə məhrum ediblər ki, kiçik beyinlərindəki xam xəyalları dünya hesab edirlər. Bu dünyada tək güc Uca Allahdır və o, bu zülmü cavabsız qoymaz. Şəhid anasına edilən bu sayğısızlıq, bu münasibət qarşısında susan dilsiz şeytandır. O anaya ki, oğlu şəhid olmuş. Şəhid övladının qoxusunu aldığı nəvəsini əməliyyat etdirmək üçün qapı-qapı gəzir. Ürəyində dəlik olan iki yaşlı uşağın qurtulması üçün döymədiyi qapı qalmayıb. Ona dəstək olmaq əvəzinə, qapısından qovan namərdin damarlarından mənim millətimin qanı axa bilməz. Ey qafil, sən o kürsüdə oturursansa, müstəqillik uğurunda şəhid və qazi olan ərlərimizə borclusan. Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən. Ancaq kim olursan ol, bu millətin şəhid anasına həqarəti əsla sənə bağışlamayacaqdır. Bu millətin çörəyi fitil-fitil burnundan bir gün gələcəkdir. Ya bir gün tez, ya bir gün gec. Ancaq ədalət mütləq təcəlli edəcəkdir. İnşAllah o balamızıda daha gözəl həyat qarşıda gözləməkdədir.


