Gündəm

MN: Azad edilən ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatı yaxşılaşdırılır

MN: Azad edilən ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatı yaxşılaşdırılır

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda bu ərazilərdəki yaşayış məntəqələri və yüksək dağlıq ərazilərdəki yeni mövqelərdə qoşun xidməti və döyüş növbətçiliyi təşkil olunur.

D
demokrat.az