Türkiyə Ordusunun Xüsusi Təyinatlı Qüvvələri Bakıdakı hərbi parada hazırlaşır.
Yeniavaz.com xəbər verir ki,bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, görüntülərdən də göründüyü kimi hərbçilər “Vatan sana canım feda” şüarı ilə Bakı küçələrində irəliləyirlər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 10 dekabr tarixində Bakıda Azadlıq Meydanında hərbi parad təşkil olunacaq. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir.
Demokrat.az


