Gündəm

İntizam Komissiyası sədrindən Rasim Musabəyov AÇIQLAMASI: Təəssüf edirik..

İntizam Komissiyası sədrindən Rasim Musabəyov AÇIQLAMASI: Təəssüf edirik..

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın "NTV" kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibəsi cəmiyyətdə tənqid hədəfinə çevrilib.

Bu da Rasim Musabəyovun sözügedən açıqlaması ilə bağlı Milli Məclisin İntizam Komissiyasının toplanması məsləsini gündəmə gətirib.

Komissiyasnın sədri Eldar İbrahimov “MediaPost”a açıqlamasında sözügedən məsələ ilə bağlı İntizam Komissiyasının toplanmasının nəzərdə tutulmadığını deyib:

“Deputatdır, fikrini deyib. Bu məsələyə intizam komissiyasında baxıla bilməz. Onun deməyilə deyil ki? Sözdür deyir də”.

Komissiyasnın sədri R.Musabəyovun belə bir açıqlama verməsindən dolayı təəssüf hissi keçirdiyini bildirib:

“Təəssüf edirəm ki, o belə bir fikir səsləndirib. Necə yəni Türkiyə sülməramlılarının gəlməyi nə olacaq nə olmayacaq. Türk sülhməramlıları gəlməlidir, artıq bu qərar qəbul olunub. Gələcəkdə də həm Rusiya, həm də Türkiyə sülhməramlıları bir yerdə regiona nəzarət edəcəklər. O təcrübəli bir siyasətçidir. Niyə belə bir açıqlama verib başa düşə bilmirəm”.

Xatırladaq ki, deputat, politoloq Rasim Musabəyov Rusiyanın "NTV" kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.

Demokrat.az

D
demokrat.az