Dünya

Filippində 6.0 bal gücündə zəlzələ qeydə alınıb

Filippində 6.0 bal gücündə zəlzələ qeydə alınıb

Bazar günü Filippində 6.0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri Mindanao adasında yerləşən Maravi şəhərinin 47 km cənub-şərqində, ocağı isə 603 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

D
demokrat.az