İdman

Mahir Emreli "Beşiktaş"a təklif edildi

Mahir Emreli Beşiktaşa təklif edildi

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubuna təklif edilib.

"Report" "Yeni Asır"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 23 yaşlı hücumçunu bəyənib. Hələ ki, iki klub arasında əlaqənin qurulmadığı bildirilib.

Sergen Yalçının Emrelini alternativləri arasına əlavə etdiyi də vurğulanıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Demokrat.az

D
demokrat.az