Türkiyə Səhiyyə Nazirliyi koronavirusa qarşı peyvəndin pulsuz olacağını açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca Çinin peyvənd hazırlayan şirkətlərindən biri olan “Sinovac” ilə danışıqların tamamlandığını və 10 milyon doza peyvəvdin artıq ölkəyə gətirildiyini bildirib. Fəxrəddin Kocanın sözlərinə görə, peyvənd tamamilə pulsuz olacaq, vətəndaşlardan heç bir ödəniş qəbul edilməyəcək. Səhiyyə naziri həmçinin qeyd edib ki, peyvəndlə bağlı digər şirkətlərlə də danışıqlar aparılır. Əldə edilən razılıqlardan sonra həmin peyvəndlərin apteklərdə satışına icazə veriləcək.


