Kriminal

Qobuda 57 yaşlı kişi bıçaqlandı

Qobuda 57 yaşlı kişi bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Mübahisə zəminində bıçaqlanan 1963-cü il təvəllüdlü Əliyev Gülağa Bəyalı oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onda qarının ön divarının daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Demokrat.az

D
demokrat.az