Dünya

Paşinyana sui-qəsddə ittiham olunan Vanetsyan sərbəst buraxıldı

Paşinyana sui-qəsddə ittiham olunan Vanetsyan sərbəst buraxıldı

Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından sərbəst buraxılıb.

Bu barədə “Qafqazinfo” “TASS”a istinadən xəbər verir.

Qeyd edək ki, Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə - baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.

D
demokrat.az