Sosial

YAP tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırıldı — FOTOLAR

YAP tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırıldı — FOTOLAR

Ermənistanın terrorçu dəstələri tərəfindən yaşayış məntəqələrimizin və dinc əhalinin atəşə tutulması nəticəsində zərərçəkmiş ailələrə qayğı göstərilməsi, yardım edilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.

Demokrat.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin davam etdiyi günlər ərzində “Birlikdə güclüyük” kampaniyası çərçivəsində erməni faşistlərinin hədəfinə çevrilmiş Gəncədə və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirdiyi humanitar layihə bu gün də davam etməkdədir.

YAP nümayəndələri ötən həftə Bərdə şəhərinə səfər ediblər. Partiyanın təmsilçiləri şəhərin raket hücumuna məruz qalması nəticəsində evləri dağılmış ailələri ziyarət edib, onların problemləri ilə maraqlanıblar.

Bu gün isə Yeni Azərbaycan Partiyası tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırılıb. Partiyanın bu yardımı erməni vandalizminin qurbanına çevrilmiş, erməni təxribatı nəticəsində evləri dağılmış, eləcə də həlak olmuş vətəndaşlarımızın ailələrinə təqdim edilib.

Görüşlərdə iştirak edən Bərdə sakinləri Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük Qələbədən qürur duyduqlarını bildiriblər.(yap.org.az)

YAP tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırıldı — FOTOLAR

YAP tərəfindən Bərdə şəhərinə 500 ailə üçün nəzərdə tutulmuş humanitar yardım çatdırıldı — FOTOLAR

D
demokrat.az