Məlum olduğu kimi, sentyabrın 27-də başlayan Vətən Müharibəsi Azərbaycanın həlledici qələbəsi ilə başa çatıb.
Müharibə zamanı qardaş Türkiyənin Azərbaycanı mənəvi və siaysi baxımdan ciddi şəkildə dəstələdiyini nəzərə alsaq, o zaman bu qələbəni həm də Türkiyənin, bütün türk dünyasının qələbəsi kimi qiymtələndirmək mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, Türkiyənin bu qələbədə önəmli pay sahibi olduğuna, Azərbaycanın haqq işini siyasi-diplomatik müstəvidə qətiyyətlə müdafiə etdiyinə diqqət çəkdi:
“Bildiyiniz kimi, Azərbaycanın mütəqilliyini ilk tanıyan dövlət Türkiyə olub. Biz son illər Azərbaycan-Türkiyə qardaşlığının daha da inkişaf etdiyinə, mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyduğuna şahidlik edirik. Azərbaycan beynəlxalq əhəmiyyəttli layihələri məhz Türkiyəyə etibar edir və onun vasitəsi ilə dünyaya çxıarır.
Vətən Müharibəsinin ilk günündən də Türkiyə Azərbaycanı təmənnasız şəkildə dəstəklədi. Bildirdi ki, Azərbaycanın verdiyi və verəcəyi bütün qərarları dəstəkləyəcək. Türkiyə Azərbaycanı bir an belə olsun tək buraxmadı.
Bildiyiniz kimi, Qarabağ məsəsləsi ilə bağlı yaradılacaq sülhməramlı koordinasiya mərkəzində rus hərbçiləri ilə yanaşı, türk hərbçiləri də yer alacaq. Bu isə o deməkdir ki, Türkiyə bölgədəki proseslərdə aktiv iştirak edəcək, bölgədə sülhün və sabitliyin bərqərar olmasına öz töhfələrini bundan sonra da verəcək.
Türkiyənin Azərbaycana dəstəyi əvəzsizdir. Vətən Müharibəsi zamanı Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Türkiyə mediası çox böyük rol oynadı. Türkiyə mediasının Azərbaycandan, bölgədən hazırladığı xəbərlər erməni vəhşiliyinin dünyaya tanıdılması, mülki insanlara qarşı həyata keçirilən zorakılıq siyasətinin ifşası baxımından son dərəcə önəmli oldu.
Biz həm qardaş Türkiyəyə, həm də ölkəmizin haqq işini dəstəkləyən Pakistan, İsrail, Belarus və s. dövlətlərə öz təşəkkürümüzü bildiririk. Bu, adi bir zəfər deyil. XXI əsrdə, bu şərtlər daxilində belə bir zəfəri qazanamq yalnız cənab İlham Əliyev kimi Ali Baş Komandana nəsib ola bilərdi və ona da nəsib oldu.
Mən bir daha bu böyük qələbə münasibəti ilə bütün xalqımızı və ordumuzu təbrik edirəm”.


