“Davam” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı Qarabağla bağlı təklif paketi ilə çıxış etddib.
Demokrat.az xəbər verir ki, təklifdə deyilir: “Təklif edirəm, 2021-ci il Qarabağ ili olsun, Böyük Qayıdışın şanlı davamı kimi tarixə keçsin.
Qarabağın azadlığı uğrunda şəhid olan hər bir hərbiçi ailəsinə Qarabağımızdan pay torpaqları verilsin.
Qarabağ Fondu yaransın, xalqımız o işğal altında olan torpaqlarımızın azad eliməsi uğrunda canından keçən şəhidlərin ailə məhişət problemlərindən, Qarabağda sosial rifah halının yüksəldilməsinə qədər çox spektirli fəaliyyətlə məşğul olacaq bu fonda ianələr etsin.
Qarabağ Prosesi adlı beynəlxalq diskusiya və sülh platforması yaransın. Suşa İqtisadi Formu təsis edək, regional və qlobal iqtisadı oyunçuların iştirak etdiyi, bölgəyə investisiya və yatırımların cəlb edilməsin özündə etiva edən bir forum, platforma olsun.”




