Hadisə

Düşmənin atdığı mərmi Ağdamda daha bir nəfəri yaraladı

Düşmənin atdığı mərmi Ağdamda daha bir nəfəri yaraladı

Xəbər verildiyi kimi, 08.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulmuşdur.

Baş Prokurorluqdan Demokrat.az-averilən məlumata görə, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət almışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

D
demokrat.az