Gündəm

Ermənistan parlamentinin 12 deputatı Qarabağa niyə gəlib?

Ermənistan parlamentinin 12 deputatı Qarabağa niyə gəlib?

Oktyabrın 17-dən Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın rəhbərliyi altında “Mənim addımım” fraksiyasının 12 nəfərdən ibarət nümayəndə heyəti Qarabağa gəlib.

“Hraparak” nəşri yazır ki, Ermənistan parlamentinin sədrinin göstərişinə əsasən, geri dönmə müddəti qeyd olunmur və son günlərdə Ermənistan parlamentində qəbul olunmuş qərarlardan çıxış etməklə Ararat Mirzoyan hələ geri qayıtmayıb.

“Yəqin ki, yaxın gələcəkdə səlahiyyətli şəxslərin Xankəndidə hansı işləri həyata keçirdiklərini onlardan dinləmək üçün fürsətimiz olacaq. Anna Hakobyanın, oğlu Aşotun, Hakob Simidyanın və Ararat Mirzoyanın böyük ehtimal Qarabağdakı bir otelin otağında çəkilmiş fotosunu dünən internetdə aktiv şəkildə yayırdılar.

Bunun oktyabrın ilk günlərinin fotosu olduğuna dair şərhlər olsa da, Mirzoyan Qarabağa oktyabrın 17-də gedib.

Yeri gəlmişkən, bu yaxınlarda Ermənistan parlamentinin üzvlərinin ABŞ səfəri ləğv olunub, Ermənistan parlamentindən qəzetə bunun ölkədə elan olunmuş hərbi vəziyyətlə əlaqəli olduğunu bildiriblər.

Halbuki nəşr öyrənib ki, “Mənim addımım” fraksiyasının deputatı Hovhannes İgityan oktyabrın 28-dən noyabrın 1-nə qədər parlament seçiklərini izləmək missiyası ilə Tiflisə ezam olunub. “İşıqlı Ermənistan” fraksiyasının deputatları Edmon Marukyan və Ani Samsonyan isə ezamiyyətdən imtina ediblər”, - deyə nəşr yazıb.(Ordu.az)

D
demokrat.az