Siyasət

“Ermənistana qarşı kompensasiya tələbinin irəli sürülməsi tamamilə mümkündür”

“Ermənistana qarşı kompensasiya tələbinin irəli sürülməsi tamamilə mümkündür”

Məlum olduğu kimi, Ermənistanın işğal etdiyi torpaqlarıımızda illər uzunu böyük dağıntılar və talanlar həyata keçirib.

Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra Ermənistanın törətdiyi dağıntılara, vurduğu ziyanlara görə işğalçı ölkəyə qarşı kompensasiya tələbi irəli sürməsi mümkündürmü?

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, bunu tamamilə mümkün hesab etdiyini vurğuladı:

“Ermənistana qarşı kompensasiya tələbinin irəli sürülməsi tamamilə mümkündür. Işğal faktının özü ciddi bir məsuliyyətdir. O cümlədən işğal olunmuş ərazilərdə mülki obyektlərin məhv edilməsi, dağıdılması, insanların doğma torpaqlarından qovulması, etnik təmizləmə siyasətinin həyata keçirilməsi və s. cinayət xarakterli əməllərdir.

Azərbaycan müharibəni qalibiyyətlə başa vurub ərazi bütövlüyünü təmin edəcək. Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq məhkəməyə verilməsi ilə bağlı məsələ qaldırıla bilər. Həm də törədilən dağıntıların maddi qarşılığının ödənilməsi ilə bağlı da iddia irəli sürülə bilər”. (moderator.az)

D
demokrat.az