Dünya

İzmirdəki zəlzələdə qurbanların sayı artdı — YENİLƏNİB

İzmirdəki zəlzələdə qurbanların sayı artdı — YENİLƏNİB

Türkiyənin İzmir şəhərində güclü zəlzələnin ağır nəticələri davam edir.

“Haber Global” məlumat verir ki, dağıntılar zamanı həyatını itirənlərin sayı 49-a çatıb.

Səkkiz binada axtarış-xilasetmə prosesləri davam etdirilir.

Zəlzələnin ardınca 40-ı 4 baldan çox böyük olmaqla, 850 avtoşok qeydə alınıb.

Bildirilir ki, yaralanan 896 nəfərin 682-si xəstəxanadan buraxılıb, 214-ünün müalicəsi davam etdirilir.

***

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

896 nəfər isə xəsarət alıb. Dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işləri davam etdirilir.

***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 39-a yüksəlib, 885 nəfər xəsarət alıb.

Demokrat.azxəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 30-u İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə hiss edilib.

D
demokrat.az