Gündəm

Xankəndindən görünən şiddətli partlayışlar: ordumuz düşmənin raket-mərmi anbarını belə məhv etdi

Xankəndindən görünən şiddətli partlayışlar: ordumuz düşmənin raket-mərmi anbarını belə məhv etdi

Ermənistan Müdafiə Nazirliyi bu gün bir aydan da artıqdır davam edən müharibə ərzində özünün informasiya-təbliğat sahəsində belə demək olarsa, ən biabırçı səhvlərindən birini buraxıb. Belə ki, ötən gecə həm yenidən Qarabağa qayıdan rusiyalı kvazijurnalist və agent-diversant, WarGonzo teleqram kanalının aparıcısı Semyon Peqov, həm sosial şəbəkələrin erməni seqmenti Xankəndindən və ətraf yaşayış məntəqələrindən eşidilən, eyni zamanda adi gözlə də görünən intensiv partlayışlar barədə xəbər yayıblar. Semyon Peqov bunu hətta “artsax hava hücumundan müdafiə qüvvələri ilə Azərbaycan aviasiyasının döyüşü” kimi təqdim edib.

Səhər saatlarında isə Ermənistan hərbi təbliğatçıları nisbətən yaxın məsafədən görüntülənən həmin intensiv partlayışların “əsl səbəbini” açıqlayıblar. Bildirilib ki, bu partlayışlar “düşmənin diversiya qruplarının fəaliyyət zonasında aşkar edilmiş sursat anbarına endirilmiş zərbələrin” nəticəsidir.

Azərbaycan Müdafiə Nazirliyi isə partlayışların əsl səbəbini açıqlayır və göstərir...

Bax beləcə düşmən hərbi təbliğatçıları özlərini gülünc vəziyyətə salıblar və indi onların belə səhvlərə yol verməsini anlamaq olar: erməni ordusunun mifik əks-hücumları, “sarsıdıcı zərbələri”, əraziləri “azsaylı diversantlardan uğurla təmizlədikləri” barədə təbliğat qurmaq getdikcə çətinləşir...(virtualaz.org)

Demokrat.az

D
demokrat.az