İqtisadiyyat

Ziyad Səmədzadə: "Azərbaycan dünyanın enerji xəritəsini dəyişir"

Ziyad Səmədzadə: Azərbaycan dünyanın enerji xəritəsini dəyişir

Millət vəkiliZiyad Səmədzadəhesab edir ki, AzərbaycanlaTürkiyə arasında ticarət əməkdaşlığının potensialı açıqlanan rəqəmlərdən daha böyükdür.

Deputat“Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda Bakıda keçirilən beynəlxalq simpoziumda türkiyəli sahibkarlara müraciət edib.

“Ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Düzdür, bu yolda bürokratik əngəllər də olur. Amma iş adamlarının birgə görüşləri hər iki ölkənin inkişafına imkan yaradır”.

Tanınmış iqtisadçı onu da vurğulayıb ki, 2000-ci ildə apardığı araşdırmaya görə, türk ölkələrinin dünya ÜDM-də payı 1 faizdən az, həmçinin yoxsulluq göstəriciləri yüksək olub.

“Bu günhər iki ölkənin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır. Biz Azərbaycanda elə layihələr həyata keçirik ki, bu, dünyanın enerji xəritəsini dəyişir” (oxu.az)

D
demokrat.az