Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edildi

GÜNDƏM 24 okt 2020, 17:50

Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edib.


Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top