“28 May”da avtobusun qadını vurmasının ANBAAN VİDEOSU

GÜNDƏM 17 sentyabr 2025, 15:07
Xəbər verdiyimiz kimi, sentyabrın 16-da saat 17 radələrində metronun “28 May” stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.

Belə ki, “Bakubus” MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.

Nəticədə ağır xəsarət alan 1976-cı il təvəllüdlü Ləman Qarayeva xəstəxanaya aparılıb.

Demokrat.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qəza anının görüntülərini yayıb.

Həmin kadrları təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top