"Aldığım məlumata görə, hazırda 16 nəfər erməni Xankəndində qalaraq yaşamaq istəyir. Lakin onların hər biri Azərbaycan xüsusi xidmət orqanlarının tam nəzarəti altındadır. Onları nəzarətsiz buraxmaq qətiyyən mümkün deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.
O bildirib ki, əvvəllər orada sülhməramlı kontingent də var idi:
"Ola bilər ki, həmin ermənilərdən bəziləri separatçılarla əlaqədə olub və gələcəkdə ağır terror hadisəsi törətmək məqsədi güdə bilərdi. Buna baxmayaraq, ciddi təhlükə olacağına inanmıram. Çünki xüsusi xidmət orqanlarımız onları tam şəkildə nəzarətdə saxlayır. Əgər həmin erməni separatçılar nəzarətsiz qalsaydı, terror hadisəsi baş verə bilərdi. Ona görə də gələcəkdə də onların ciddi nəzarət altında saxlanılması vacibdir".
Ekspert deyib ki, vacib məqam odur ki, bu hadisə cənab Prezidentin səfəri ərəfəsinə təsadüf edib:
"Səfər zamanı baş verə biləcək terror aktının vaxtında qarşısı alındı. Əgər qarşısı alınmasaydı, nəticələri çox ağır ola bilərdi. Çünki həmin şəxsin üzərində avtomat silahlar və qumbara aşkarlanıb. Bunlar isə çox təhlükəli silahlardır".
Onun sözlərinə görə, insanların ora getməkdən çəkinməsinə və qorxmasına səbəb yoxdur:
"Həmin terror aktı ölkəmizin istənilən bölgəsində də törədilə bilər. Əsas məsuliyyət aidiyyəti hüquq-mühafizə orqanlarımızın üzərinə düşür. Ona görə də qorxmağa ehtiyac yoxdur. Gələcəkdə vətəndaşlarımız həmin ərazidə sərbəst şəkildə yaşaya, həmçinin turist kimi gedib gəzə bilərlər.
Hüquq-mühafizə orqanlarımız hər zaman öz vəzifələrini layiqincə yerinə yetirirlər ki, belə hallar gələcəkdə təkrar baş verməsin".
Əfsanə Kamal
Demokrat.az