Siyasət

Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlandı

Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlandı

ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlayıb.

Demokrat.azoxu.az-a istinadən xəbər verir ki, bu barədə prezidentin fəaliyyətini işıqlandıran jurnalistlər bildirib.

ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında vasitəçilikdə iştirak etdiyini qeyd edib, lakin ölkə liderləri ilə danışıb-danışmadığını bildirməyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir. Burada XİN rəhbərlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşləri keçirilib.

D
demokrat.az