Bir neçə gündür ki, Abşeron rayon Məhəmmədi qəsəbəsində eşşək fermasının açılması cəmiyyətdə sözün əsl mənasında müzakirələrə səbəb olub. Bu məsələdə ekspertlərin də fikri müxtəlifdir. Həkimlər isə eşşək südünün tibbdə bir çox xəstəliklərə dərman olduğunu bildirirlər.
Bəs dinimizdə at və eşşək ətlərinin və eşşək südünün qəbulu qadağandırmı? Moderator.az-ın sualını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırdı: “İslam dinində mənbələrə baxdıqda at və eşşək ətlərinin yeyilməsinin qadağan olunması ilə bağlı çoxlu həcislər var. Xeybər döyüşündə iki şey qadağan edilib: siğə və eşşək əti. Bu gün bəzi İslam alimləri bunu tam qadağan etmir, amma bəzi alimlər isə bunun ümumiyyətlə haram olduğunu deyir. Amma tibbi nöqteyi nəzərdən yanaşdıqda müasir İslam alimləri deyirlər ki, əgər donuzun piyinin tərkibi dəyişdirilib dərman halına salınması insan oqranizmi üçün faydalıdırsa, İslam dini bundan istifadəyə icazə verir. Və yaxud spirtli içkilər qadağan olunsa belə onun tibbi baxımdan insan orqanizmi üçün faydası varsa, buna icazə verilir. Həmçinin eşşək südünün də insan orqanizminə tibbi cəhətdən faydası varsa, İslam dini bunu qadağan etmir”."İslam dini eşşək südünü bir şərtlə qadağan etmir ki...” - İLAHİYYATÇI
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


