ABŞ-da 70 ildə ilk dəfə bir qadın edam ediləcək — FOTOLAR

DÜNYA 17 okt 2020, 16:03

ABŞ-da son 70 ildə ilk dəfə federal səviyyədə ölüm cəzasına məhkum edilmiş bir qadın edam ediləcək.


“RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyindən bildirilib.


Hökm dekabrın 8-də icra ediləcək. Məhkum Liza Montgomeri 2004-cü ildə hamilə bir qadının xüsusi amansızlıqla qətlində təqsirli bilinir.


Məlumata görə, həmin dövrdə hamiləliyi simulyasi edən Liza Montqomeri öz qurbanı ilə tanış olub. Bir müddət internetdə danışdıqdan sonra onlar görüşməyə qərar veriblər. Burada cani hamilə qadını iplə boğub, sonra bətnini yararaq körpəni çıxardım və özününkü kimi təqdim etmək istəyib. Lakin az bir müddət sonra onun cinayətinin üstü açılıb. Uşaq isə atasına qaytarılıb. Hazırda qızın 16 yaşı var.


Edam İndiana ştatında ölümcül inyeksiya ilə həyata keçiriləcək.(oxu.az)

 

 
 
 
 
 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top