Gündəm

Dövlət başçısı: "Qarabağda PKK-nın düşərgələri var"

Dövlət başçısı: Qarabağda PKK-nın düşərgələri var

“Xarici vətəndaşların iştirakına gəldikdə, Ermənistana baxsınlar. Orada nə qədər xarici terrorçu var. Orada PKK-lıların düşərgələri var, o cümlədən Qarabağda da PKK-lıların düşərgələri var”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.

“Orada öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb. Onlar erməni əsillidir və ya deyil – bu başqa məsələdir. Yəni, başqa ölkənin vətəndaşı gəlir orada müharibə aparır. Bu, muzdlulardır”, - prezident vurğulayıb.

D
demokrat.az