“Ermənistan artıq qlobal problemdir”.
Demokrat.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Twitter” hesabında yazıb:
"Moskvada atəşkəs qərarına baxmayaraq, Ermənistan mülki insanları hədəf alan hücumlarına davam edir. Bu hücumlar birbaşa mülki əhalini hədəf aldığı üçün müharibə cinayətləridir, mühakimə edilməlidir”.


