Bu gün hamının sözündə Vətən kəlməsi, Əsgər duası, Qələbə ruhu var. Elə Şəkinin Baş Küngüt kəndindən olan Hikmət baba kimi. O Hikmət baba ki, özü uçuq evdə yaşayıb, ayağına ayaqqabı almağa qıymayıb, köhnə ayaqqabıları ilə "ASAN xidmət" mərkəzinə gələrək ordumuza ianə edib.
Hikmət baba deyir ki, Ordumuzun yanında olmaq hamımızın borcudur. O, özü də cəbhəyə getməyə hazır olduğunu bəyan edir.
Hikmət baba pulu ödədikdən sonra əsgərə məktub da yazıb. Deyir ki, ən böyük arzusu işğal altında olan bütün torpaqlarımızın azad olunması və oralara gedib hər qarışını gəzməkdir...
Dağ boyda ürəyiniz rahat olsun, Hikmət baba! Gec-tez üçrəngli bayrağımız Qarabağda dalğalanacaq!
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


