Hadisə

Bakıda ağır qəza: Ana və qızı xəsarət aldı

Bakıda ağır qəza: Ana və qızı xəsarət aldı

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 30 yaşlı Nərgiz Əhmədova və qızı 7 yaşlı Xədicə Əhmədovanı motosiklet vurub.

Piyadaların hər ikisi ağır xəsarət alıb. Yaralılar Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidməti vasitəsilə xəstəxanaya aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)

D
demokrat.az