Gündəm

Ramil İskəndərli Amnesty İnternational təşkilatına etiraz məktubu ünvanladı

Ramil İskəndərli Amnesty İnternational təşkilatına etiraz məktubu ünvanladı

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədriRamil İskəndərli Amnesty İnternational təşkilatına etiraz məktubu ünvanlayıb.

Demokrat.az məktubu təqdim edir:

"Hörmətli Amnesty İnternational təşkilatınımn rəhbərliyi,

Bir hüquq müdafiəçisi olaraq nəzərnizə çatdırmalıyam ki, mülki şəxslərin həm humanitar hüquq vasitələri ilə, həmçinin beynəxalq insan hüquqları vasitəsilə qorunması vacibliyi ilə bağlı mövqeyinizdə bəzi yanlışlıq, qeyri-obyektivlik və qərəzə yol vermisiniz. Belə ki, yazınızda daha çox məhz Xankəndi və Şuşanın Azərbaycan hərbi qüvvələri tərəfindən bombalandığı barədə məlumat verərkən, Azərbaycan tərəfində Ermənistnadan atılan raketlər və bombaların münaqişə zonasında uzaqda yerləşən əraziləri nəzərə almadan yalnız Gəncə şəhərinin mülki əhalisinin zərər çəkdiyini qeyd etmisiniz. Nəzərinizə çatdırım ki, Ermənistandan atılan raket zərbələri nəticəsində Gəncə, Beyləqan, Tərtər, Goranboy, Ağcabədy, Mingəçevir, Xızı, Abşeron və digər ərazilərdə müxtəlif dərəcədə insan tələfatı və inzibati və özəl insfrastruktur məhv edilmişdir. Bu cür vacib və həssas məsələdə selektiv yanaşma ümumiyyətlə insan hüquqları priması baxımından qərəzsizlik mövqeyinin tamamilə pozulması deməkdir.

Yazınızda qeyd edirisiniz ki, Klaster silahları barədə Konvenisyanın tələblərinə görə bu silahlardan istifadə qadağandır . Lakin Ermənistan ordusunun Konvensiyaya qoşulmadan istifadə etdiyi klaster bombaları dəfələrlə münaqişə zonasında və ondan aralıda yerləşən Tərtər və digər rayonların ərazisinə xeyli zərər vermişdir.

Ermənistan beynəlxalq hüquq prinsipləri pozaraq 1949-cu ildə qəbul edilmiş Mülki şəxslərin müdafiəsi ilə bağlı qəbul edilmiş İV Cenevrə konvensiyası və ona əlavə edilmiş 1997-ci il Protokolları və digər beynəlxalq hüquqi öhdəlikləri pozur.

Əgər beynəlxalq hüququn prinsip norma və doktrinalarına müraciət etsək, görərik ki, Azərbaycan Respublikasının apardığı işğala son və sülhə məcburetmə əməliyyatları tam legitim xarakter daşıyır. Azərbaycan yalnız işğal olunmuş ərazilərdə Erməni silahlı qüvvələri tərəfindən yerləşdilirmiş hərbi obyektlərə zərbələr endirir və mülki obyektlərə konvensiyaya uyğun bütün mümkün ehtiyat tədbirləri görülərək zərər törədilmi. BMT Nizamnaməsinin VII fəslinin müddəalarına əsasən, bir qayda olaraq, məcburi hərəkət elementlərindən istifadə olunmaqla, hər hansı bir dövlətin təcavüzünün və ya beynəlxalq sülhə və təhlükəsizliyə, mülki əhaliyə, xüsusilə qadın və uşaqlara və infrastruktura qarşı təhdidedici hərəkətlərinin qarşısını almaq məqsədi ilə həyata keçirilən sülhün bərqərar olması istiqamətində aparılan əməliyyatlardır. Bu əməliyyatlar yalnız BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanaraq aparıla bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bildiyimiz kimi, BMT Təhlükəsizlik Şürasının 4 qətnaməsi qəbul edilmişdir (1993).

Qətnamələrdə BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə son qoyulması, təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycanın işğala məruz qalmış ərazilərindən çıxarılmasını tələb edirdi. Hal-hazrıda Azərbaycan BMT-nin həm 51-ci maddəsi təsbit edilən özünümüdafiə hüququndan istifadə edərək, eyni zamanda BMT Nizamnaməsinin Vİİ fəslində nəzərdə tutulan ədalətli sülhə məcburetmə əməliyyatlarından istifadə ilə öz haqlı mübarizəsini aparır. Ümid edirik ki, Ermənistan BMT TŞ-ın qərarlarının icra edərək Azərbaycanın işğal olunmuş ərazisindən silahlı qüvvələrini çıxrdaraq regionda sülh və təhlükəsizliyə və xalqların birgə dinc yaşayış prinsipnin icrasına nail olacağını şahidi olacağıq."

Demokrat.az

D
demokrat.az