Musa Təranənin ad gününə bahalı maşın aldı

ŞOU-BİZNES 18 okt 2018, 16:32

Müğənni Təranə Qumral ad gününü "5/5" verilişində qeyd edib. 

 

Aparıcı Zaur Kamal efirdə müğənni Musa Musayevin həyat yoldaşına hədiyyəsini açıqlayıb. O bildirib ki, müğənni xanımına "Lexus" markalı avtomobil alıb. 

 

Təranə isə hədiyyədən xəbərsiz olduğunu söyləyib. 

 

Ərindən danışan Təranə "Məni tanıyanlar bilir ki, dəlisovam. Sözün düzünü deyirəm. Musanı özüm sevib ərə getmişəm. O vaxt da dedim ki, evdəyəm, gəl məni qaçırt" sözlərini söyləyib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top