İdman

Ermənilərin atəşi nəticəsində həlak olan futbolçumuza görə UEFA üzvlərinə müraciət edildi

Ermənilərin atəşi nəticəsində həlak olan futbolçumuza görə UEFA üzvlərinə müraciət edildi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-nın üzvü olan 55 Milli Assosiasiyanın 53-nə məktubla müraciət edib.

Demokrat.az-ın AFFA-nınrəsmi saytına istinadən məlumatına görə, müraciət sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar ünvanlanıb.

Qeyd olunub ki, 13 yaşı Şəhriyarın ölümü futbol ailəsini dərindən sarsıdıb: "Bu məsələ nəinki bizi, bütövlükdə futbol ictimaiyyətini narahat edir; həyatda ilk addımlarını atmaqda olan uşaqlar müharibələrin hədəfi olmamalıdır. Bu çətin dönəmdə Avropa futbol ailəsini dinc sakinlərə qarşı aqressiyanı, xüsusilə də azyaşlı uşaqların bu və ya digər şəkildə hərbi əməliyyatlara daxil edilməsini qınamağa və #stopchildmurder (uşaq qətllərinə son) həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırırıq".

D
demokrat.az