Sosial

Daha 9 şagirddə koronavirus aşkarlandı

Daha 9 şagirddə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Demokrat.az-a bildirilib ki, 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətindən hərarəti yüksək olan olmayıb.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı 3-dür.

İndiyə qədər ölkə üzrə bir məktəb, 22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

D
demokrat.az