Hadisə

Goranboyda qəza: 79 yaşlı kişi xəstəxanalıq oldu

Goranboyda qəza: 79 yaşlı kişi xəstəxanalıq oldu

Goranboy rayonunun Goran qəsəbəsində dairəvi yolun yaxınlığında iki avtomobil toqquşub.

APA-nın məlumatına görə, “VİTO” markalı maşın “Zil” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “VİTO”da olan sərnişin - Tovuz rayon sakini, 1941-ci il təvəllüdlü Abbasov Heydər Namaz oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az