Siyasət

MN: Düşmən Goranboyu atəşə tutub

MN: Düşmən Goranboyu atəşə tutub

"Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur".

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - o, əlavə edib. /"Report"

D
demokrat.az