Hadisə

Ermənistanda qan çatışmazlığı yarandı — Hökumət təlaşa düşdü

Ermənistanda qan çatışmazlığı yarandı — Hökumət təlaşa düşdü

Ermənistanda qan qıtlığı yaranıb. Bununla əlaqədar olaraq ölkənin Səhiyyə Nazirliyi donor qan ehtiyatlarının doldurulması çağırışı ilə əhaliyə müraciət edib.

Demokrat.az-ın məlumatına görə, bu barədə “İnterfaks” xəbər yayıb.

“Lazımi qan tədarükünü doldurmaq üçün könüllü qan donorluğuna çağırış edirik. Yalnız bunun sayəsində insan həyatı xilas ola bilər”, - deyə nazirliyin yaydığı məlumatda bildirilir.

Çağırışda həmçinin qan qrupu və rezus-faktorun əhəmiyyət kəsb etmədiyi vurğulanıb.

D
demokrat.az