Gündəm

"Sürüşmənin dinamikasında ciddi dəyişiklik baş verməyib" - Nazirlik

Sürüşmənin dinamikasında ciddi dəyişiklik baş verməyib - Nazirlik

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın apardığı müşahidələrin nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Demokrat.Az-a bildiriblər ki, Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib.

Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir.

Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

D
demokrat.az