Dünya

Avropa Birliyi Lukaşenkoya vaxt verdi

Avropa Birliyi Lukaşenkoya vaxt verdi

Belarus prezidenti Aleksandr Lukaşenko noyabrdan dövlət başçısı sayılmamalıdır.

Demokrat.az "Reuters"ə istinadən xəbər verir ki, bu fikir Avropa Parlamentinin deputatları tərəfindən bildirilib.

Deputatlar Lukaşenkonun 5-ci prezidentlik müddətinin məhz bu ilin noyabrında bitdiyini açıqlayıblar.

"Aleksandr Lukaşenkonun səlahiyyət müddəti bu ilin noyabrın 5-də sona yetəndə, parlamenti artıq rəsmi olaraq onu ölkə prezidenti kimi tanımayacaq. Çünki onun andiçmə mərasimi 2015-ci ilin 5 noyabrında keçirilib".

Qeyd edək ki, Avropa Parlamenti bundan öncə Lukaşenkoya tətbiq olunacaq sanksiyalara dəstək verib.

D
demokrat.az