Klinikada yanğın — 4 ölü, 2 yaralı

DÜNYA 17 sentyabr 2020, 08:56

Rusiyanın Krasnoyarsk şəhərində “Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib. 


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.


Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.


Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.


Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb. 


Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.


İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.(apa.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top