Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Demokrat.azxəbər verir ki, hadisə Böyük Şor qəsəbəsi, “Daş Karxanası” ünvanında baş verib. 1995-ci il təvəllüdlü Səfərov Nurlan Vüqar oğlu kirayə götürdüyü mənzildə qonşusu ilə əlbəyaxa dava edib.
Dava zamanı N.Səfərova çoxsaylı bıçaq zərbəsi vurulub. /APA
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


