Maraqlı

100 dollara "təmiz hava" satışa çıxarıldı - FOTOLAR

100 dollara təmiz hava satışa çıxarıldı - FOTOLAR

Yeni Zelandyanın Beynəlxalq Auckland aerportunun "duty-free" dükanlarında tənəkə bankasına qablaşdırılmış hava satılır.

Demokrat.Az xəbər verir ki, "Yeni Zelandiyanın Saf Təmiz Havası" yazılmış 4 tənəkə bankası dəsti 98,99 dollara satılır. Yerli sosial media istifadəçilərinin çoxu bu faktı istehza ilə şərh edib.

"Kapitalizmin zirvəsine çatdıq", - istifadəçilərdən biri yazıb.

Yeni Zelandaiyanın Kiwiana adlı bir şirkət tərəfindən buraxılan hava bankalarının başına nəfəs maskaları da bərkidilib. Kiwiana saytında isə 5 litrlik hava qutularının hər birisi 34,50 dollara satılır. (BBC)

D
demokrat.az