Rusiyanın müxalifət lideri Aleksey Navalnı komadan ayılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Müalicəsi Almaniyada davam edən Navalnını həkimlər süni tənəffüs aparatından ayırıblar.
Xatırladaq ki, müxalifət liderinin qanında “Noviçok” adlı zəhərli maddə aşkarlanıb. O, əvvəlcə Omskda xəstəxanaya, daha sonra isə Almaniyadakı klinikaya yerləşdirilib.


